Milli komandamızın sabiq üzvü Vüqar Nadirov bundan karyerasına Region Liqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 31 yaşlı hücumçu həvəskar komandaların mübarizə apardığı liqada "Baku”nun formasını geyinəcək.
Qeyd edək ki, "Qarabağ”, "Karvan”, "Masallı”, "Xəzər Lənkəran”, "Qəbələ” və "İnter”in formasını geyinmiş Nadirovun son iş yeri "Səbail" olub. O, 2004-cü ildən çağırıldığı milli komandamızda 61 oyun keçirərək 4 qol vurub.
Fanat.Az