Avropa Liqasının qrup mərhələsinin II mərhələsində "Qarabağ” oktyabrın 4-də Bakı Olimpiya Stadionunda "Arsenal"ı qəbul edəcək.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, azarkeşlərin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klub tərəfindən azarkeşlərin xidmətində olacaq.
Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl, saat 17:55-dən etibarən istifadə edə bilərlər.
Bu arada, "Qarabağ” - "Arsenal" matçına bilet satışı da davam edir.
Xatırladaq ki, "Qarabağ" - "Arsenal" matçı oktyabrın 4-də keçiriləcək və saat 20:55-də başlayacaq.
Fanat.Az