Futzal üzrə "Araz" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Slovakiyanın Luçenec şəhərindəki "Sportova Hala Arena"da təmsilçimiz Litva çempionu "Vytis”lə qarşılaşıb. Rafanın ikinci yarıda vurduğu qol oyunda yeganə olub və "Araz" meydanı məğlubiyyətlə tərk edib.
Qeyd edək ki, 8-ci qrupda "Araz" və "Vytis"dən başqa Slovakiyanın "Luçenec" və Maltanın "Valletta" klubları yer alıb. Azərbaycan çempionu sabah "Valletta", oktyabrın 6-da "Luçenec"lə qarşılaşacaq.
Çempionlar Liqası
VIII qrup
I tur
3 oktyabr
Vytis (Litva) - Araz (Azərbaycan) 0:1
Qol: Rafa, 25:37.
Araz: 12. Rövşən Hüseynli, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev.
Ehtiyat oyunçular: 1. İsa Kürdov, 9. Ramiz Rüstəmli, 10. Adil İsmayılov, 13. Samir Həmzəyev, 15. Adəm Həbibov, 18. Adil İsmayılov, 20. Kənan Manafov.
Baş məşqçi: Alesio Da Silva.
Vytis: 2. Olinha, 6. Rafa, 11. Sandrinyo, 12. Erikson Santos, 16. İsaak.
Ehtiyat oyunçular: 1. Miçelis, 7. Quesinyo, 9. Zaqurskas (k), 10. Yeremeyev, 14. De Souza Matsumoto, 15. Buinikiy, 17. Barbosa Dos Santos, 18. Sendjikas, 20. Voskunoviç.
Baş məşqçi: Lusiano De Arauyo.
Hakimlər: İvan Şabanov (Rusiya), Sven Eichler (Almaniya), David Schaerli (İsveçrə).
Luçenec. "Sportova Hala Arena".
Fanat.Az