12:04 04.10.2018 989

\"Biz vura bilmədik, əvəzində onlar şansını qaçırmadılar\"

"Araz”ın kapitanı Rizvan Fərzəliyev Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
 
Fanat.Az xəbər verir ki, ilk görüşdə məğlub olmuş təmsilçimizin təcrübəli futbolçusu bunları söyləyib: 

- Oyunu müdafiədən qurmağınızı baş məşqçi tapşırmışdı, yoxsa rəqib məcbur etdi?
- Gərgin başladıq oyuna. Baş məşqçi oyunu bu taktika üzərində qurmuşdu. Ancaq 3-4 dəqiqə keçdikdən sonra anladıq ki, qarşımızdakını meydanın onlara aid hissəsinə də sıxa bilərik. Sadəcə, heyətimiz yeni qurulub, uşaqlar taktiki planda tam hazır deyillər. Buna görə də 5-6 oyunçuya daha çox güc düşdü. İkinci hissədə də epizodlarımız oldu, təəssüf ki realizə edə bilmədik. Hücumçu qıtlığı var. Əgər qol vursaydıq, gərginlik azalacaq, ruh yüksəkliyi yaranacaqdı. Öz səhvimizdən buraxdığımız qolla yenildik.  

- Baş məşqçi Alesio "Vytis”i qrupun favoriti hesab edir. Doğurdanmı, rəqib bu cür yanaşmaya layiqdi?
- Pis komanda deyillər. Əcnəbi futzalçılara üstünlük veriblər. Meydandakı əsas heyət üzvləri braziliyalılardı. Biz də zəif oynamadıq, əzmkarlıq göstərdik, mübarizələrdə güzəştə getmirdik. Bu cür məqamlarda oyunçunun keyfiyyəti həlledici olur. Hazırda bizim bir neçə oyunçumuz ustalıq baxımından geri qalır.

- Qeyd etdiyiniz kimi, 4-5 oyunçu ilə 40 dəqiqəni başa vurmaq kifayət qədər çətindi...
- Baş məşqçinin seçimindən asılıdı. Bu gün onun taktiki planda verdiyi tapşırıqları əsasən 4-5 oyunçu yerinə yetirir. Buna görə də üstünlük həmin futzalçılara verilir. İki-üç ay ərzində baş məşqçinin tələbini yerinə yetirmək çox çətindi. Bunun üçün xeyli zamana ehtiyac var. Kim onun tapşırığını daha yaxşı yerinə yetirirsə, meydanda da onları çox saxlayır.

- Yaydakı dəyişiklikdən sonra gedənlərin yeri görünürmü?
- Əlbəttə, görünür. Legionerlər keyfiyyətli və təkbətək mübarizələrdə seçilir. Oyunda bu gün həmin amillər hiss olundu. Ümumi götürdükdə isə, yeni komanda üçün pis oyun göstərmədik. Biz vura bilmədik, əvəzində onlar şansını qaçırmadılar.

- "Valletta” və "Luçence” oyununu izlədiniz. Növbəti rəqiblər haqda nə deyə bilərsiniz?
- Hər iki komanda taktiki planda "Vytis”dən üstündür. Düzdü, oyunun bir hissəsinə baxdıq. İkinci hissədə nələr olacaq, bilmirəm. Ancaq hər bir futzalçı öz işini bilir. Hər iki oyuna qələbə qazanmaq üçün çıxacağıq.

- Ötən il əsas mərhələdə ardıcıl iki qələbə qazandığınız zaman əksəriyyət qrup qalibi olacağınızı düşünürdü. Ancaq son matçda məsələ rəqibin xeyrinə həll olundu. Bu dəfə necə, son tura qədər mübarizə davam edəcəkmi?
- Hər şey ola bilər. "Vytis”ə məğlubiyyətimiz o demək deyil ki, onlar qarşıdakı hər iki matçda qalib gələcəklər. Xeyr. Onların da xal itirəcəyi oyunlar olacaq. Ona görə də şanslar davam edir.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X