Topaz Premyer Liqasının 7-ci turunda "Sumqayıt"a evdə 2:0 hesabı ilə qalib gələn "Səbail"in baş məşqçisi Aftandiı Hacıyev matçdan ardından düzənlənən ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, gənc çalışdırıcı bunları deyib:
"Sumqayıt" 10 xalı təsadüfən toplamayıb. Çətin rəqibdi. İki fərqli hissə izlədik. İlk hissədə daha çox biz hücum etdik. Fasilədən sonra isə hesabı qorumaq üçün daha çox müdafiə olunduq. Qələbə bizim üçün çox önəmli idi. Çünki ötən tur acı məğlubiyyət almışdıq. Bundan sonra futbolçuları psixoloji durumdan çıxarmaq çətin idi. Sevindiricidir ki, oyunçular toparlandılar və lazım olan 3 xalı qazandılar. Son məşqlərdə külək amilini nəzərə almışdıq. Bu gün külək oyunda böyük rol oynadı. Topladığımız 10 xal qənaətbəxş sayıram. Bundan sonra işimiz daha çətin olacaq. Hazırkı çempionatda aşkar autsayder yoxdu”.
Hacıyev "qol orucu”nu pozan Ruslan Qurbanov haqda da danışıb:
"Ruslanın üzərində təzyiq var idi. Çempionatda qol hesabını aça bilməmişdi. İlk qolu idi. Penaltidən fərqlənməyi bacarmasa da, sonradan topu tora göndərə bildi. Təzyiqi üzərindən atması üçün yaxşı şansdı”.
Fanat.Az