Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edən "Araz" bu gün əsas mərhələdə son oyununu keçirib.
Fanat.Az xəbər verir ki, qrupdan çıxmaq şansını itirən təmsilçimiz formal xarakter daşıyan görüşdə Slovakiyanın "Luçeneç” klubu ilə qarşılaşıb və 2:5 hesabı ilə uduzub.
Qeyd edək ki, bundan əvvəlki iki oyunda "Vitis”ə (0:1) məğlub olub, "Valletta” ilə (1:1) heç-heçə edən komandamız 1 xalla qrupu 3-cü pillədə başa vurub.
Araz (Azərbaycan) - Luçeneç (Slovakiya) 2:5
Qollar: İsmayılov, 5. Çovdarov, 6 - Qresko, 19. Atill, 20; 34; 36. Kamara, 30.
Fanat.Az