Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya” da növbəti matçına çıxıb. Pavelin komandası Odessa "Çernomorets”ini qəbul edib və 3:2 hesablı zəfərə sevinib. Paşayev start heyətdə meydana çıxıb və sonadək tər töküb. O, 41-ci dəqiqədə "sarı” alıb.
11 tura 22 xal toplayan "Aleksandriya” 12 iştirakçı arasında 3-cü pillədədi.
Fanat.Az