"Tədricən formaya düşürəm".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın və Bolqarıstan millisinin üzvü Simeon Slavçev deyib.
Hazırda Bolqarıstan millisinin düşərgəsində olan futbolçu artıq sağaldığını və formasını bərpa etdiyini bildirib: "Zədəli olduğum üçün "Qarabağ”da bir neçə oyunu buraxmışdım. Amma tədricən formaya düşürəm. Cənubi Kiprlə matçda 90 dəqiqə oynamağım buna çox kömək oldu. Millidə əsl ailə ab-havası var. Əvvəlki matçlarda olduğu kimi, Norveç səfərinə də qələbə üçün gedirik".
Fanat.Az