20:58 20.10.2018 1209

\"Qəbələ\" uğursuzluğa son qoydu, \"Qarabağ\"dan tək qolluq qələbə

Bu gün Topaz Premyer Liqasında II dövrəyə start verilib.

Fanat.Az xəbər verir ki, UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar yaranmış fasilədən sonra VIII tura başlayıb. İlk oyun günündə iki matç baş tutub.

Turun açılış, eyni zamanda mərkəzi görüşü Qəbələdə olub. Burada şəhərin eyniadlı təmsilçisi ilə "Neftçi” qarşılaşıb. Son illər çempionluq uğrunda mübarizə aparan meydan sahibləri bu mövsüm özlərinə bənzəmirlər. Komandanın ilk 7 turda cəmi 6 xal qazanması baş məşqçi Sənan Qurbanovun kreslosnu laxlatmışdı. "Neftçi” isə son illər mövsümə ən yaxşı başlanğıcını edib. İtaliyalı Roberto Bordinin rəhbərlik etdiyi kollektiv 19 xalla liderdi. "Ağ-qaralar” cari çempionatda "Qarabağ”la birgə "məğlubedilməzlər" ünvanını qorumaqda idi.

Lakin "Neftçi" mövsümün ilk məğlubiyyətini Qəbələdə alıb - 1:3. Ceyms Adeniyinin dubl etdiyi oyunda Stiven Monroz bir qol vurub. Özü də "Qələbə" 67-ci dəqiqədə Təmkin Xəlilzadə meydandan qovulduğu üçün azlıqda oynamalı olub. "Neftçi" isə təsəlli qolunu 90+4-cü dəqiqədə vurub. Oyunun son dəqiqələrində Kvame Karikari fərqlənib. Bu "Qəbələ"nin 6 turdan sonra ilk qələbəsi olub.

"Qəbələ” və "Neftçi” indiyə qədər milli çempionatlarda 41 dəfə qarşılaşıb. Bunlardan 15-də əyalət təmsilçisi, 18-də paytaxt klubu qalib gəlib. Bakılılar ardıcıl 3 qələbə qazanıb və meydanı qolsuz tərk etməyib. "Qəbələ” son 5 ev oyununda qol sevinci yaşayıb. Komandalar arasında cari mövsümün ilk turunda baş tutan oyunda "Neftçi" qələbə qazanıb - 2:1.

Günün ikinci matçı çempion "Qarabağ”la "Səbail” arasında olub. Ehtiyatda bir oyunu olan "Qarabağ" Abdullah Zubirin vurduğu qolla minimal hesablı qələbə qazanıb. "Qarabağ" "Neftçi"dən bir oyun az keçirsə də, eyni xalla turnir cədvəlinin 1-2-ci pilləsini bölüşür. 10 xala malik "Səbail" isə "Sumqayıt” və "Sabah”la birgə 3-5-ci pillələri bölüşür. 

Qeyd edək ki, tura sabah "Sumqayıt" - "Sabah" və "Keşlə" - "Zirə" oyunları ilə yekun vurulacaq.
  
Premyer Liqa
2018/19 mövsümü
II dövrə, VIII tur

20 oktyabr
Qəbələ - Neftçi 3:1
Qollar: Ceyms Adeniyi, 14; 77. Stiven Monroz, 57 - Kvame Karikari, 90+4
Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 67.
Qarabağ: 12. Şahrudin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. İnnosent Emeqara, 8. Markos Madera, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 52. Yakub Jezniçak, 77. Donald Qerye, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. Vaqner Da Silva, 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 10. Dani Kintana, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Sənan Qurbanov.
Səbail: 1. Emil Balayev, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 16. İqor Korotetski, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 4. Enrike Perilyo, 5. Vüqar Bəybalayev, 18. Aqşin Qurbanlı, 22. Edqar Paçeko, 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 27. Emil Martinov, 17. Elçin Rəhimov.
Baş məşqçi: Roberto Bordin.
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Ziya Nəsirov.
Hakim-inspektor: Fazil Mürşüdov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Qəbələ şəhər stadionu.

Qarabağ - Səbail 1:0
Qol: Abdullah Zubir, 62.
Qarabağ: 12. Şahrudin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. İnnosent Emeqara, 8. Markos Madera, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 52. Yakub Jezniçak, 77. Donald Qerye, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. Vaqner Da Silva, 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 10. Dani Kintana, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Səbail: 1. Emil Balayev, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 16. İqor Korotetski, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 4. Enrike Perilyo, 5. Vüqar Bəybalayev, 18. Aqşin Qurbanlı, 22. Edqar Paçeko, 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 27. Emil Martinov, 17. Elçin Rəhimov.
Baş məşqçi: Aftandil Hacıyev.
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"Azersun Arena”.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

8

6

1

1

16:6

19

2

Qarabağ

7

6

1

0

14:4

19

3

Səbail

8

3

1

4

7:11

10

4

Sumqayıt

7

3

1

3

8:8

10

5

Sabah

7

3

1

3

5:8

10

6

Qəbələ

8

2

2

4

10:11

8

7

Zirə

7

1

1

5

6:13

4

8

Keşlə

6

0

2

4

5:10

2

Bombardirlər

Marko Deviç (Sabah) - 5. Baqali Dabo (Neftçi), İnnosent Emeqara (Qarabağ) - 4.

Qeyd

İntizam Komitəsinin qərarına əsasən IV turda "Zirə"yə 0:3 hesablı texniki məğlubiyyət verilib.


Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X