"Səbail” rəhbərliyi əvəzedicilərdən ibarət komandanın iki məşqçisini qovub.
Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Elman Sultanov və qapıçılarla iş üzrə məşqçi Toğrul Əhmədov işindən azad edilib.
Buna Birinci Divizionda mübarizə aparan "Səbail-2” komandasının geridə qalan 8 tur ərzində iki dəfə limiti pozması və nəticədə texniki məğlubiyyət alması səbəb olub.
Sözügedən kollektiv daha öncə "Qarabağ-2” ilə heç-heçə bitən matçda limiti pozmuş və texniki məğlubiyyətlə cəzalandırılmışdı. Maraqlıdı ki, həmin cəzadan dərs çıxarmayan paytaxt təmsilçisi ötən gün də "Neftçi-2” ilə heç-heçə yekunlaşan görüşdə oxşar səhvə yol verib. Bu üzdən də AFFA İntizam Komitəsi qarşıdakı günlərdə bu komandaya növbəti texniki məğlubiyyəti verəcək.
Amma "Səbail” rəhbərliyi AFFA-nın qərarını gözləmədən artıq iki məşqçini poztundan göndərib. Ümid edək ki, bu komandanın heyətində çıxış edən futbolçuların əziyyəti bir daha belə məsuliyyətsizliklər səbəbindən yerdə qalmayacaq. (Sportlife.az)