20:13 27.10.2018 1334

\"Sabah\" qələbə qazandı, \"Qəbələ\"dən əzmkar heç-heçə

Bu gün Topaz Premyer Liqasında IX tura start verilib

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.

Açılış matçı Masazırdakı "Əlincə Arena”da "Sabah” və "Zirə” arasında baş tutub. Hesabı ilk yarının əlavə vaxtında meydan sahiblərindən Məqsəd İsayev açıb. "Zirə" buna 73-cü dəqiqədə Tellur Mütəllimovun qolu ilə cavab verib. "Sabah" qələbə qolunu son saniyələrdə vurub. Debütanta 3 xal qazandıran qola 73-cü dəqiqədə Cavid İmamverdiyev imza atıb. 

Bu komandalar arasında ilk dövrədə baş tutan görüşdə "Sabah" 2 cavabsız qolla qalib gəlmişdi. Debütant xal hesabını 16-ya yüksəldib və "Qarabağ"a çatıb. Hazırda bu komandalar 2-3cü pillələri bölüşür. "Zirə” isə 4 xalla sonuncu - 8-ci yerdədi.

Günün ikinci dueli "Sumqayıt” və "Qəbələ” kollektivləri arasında "Dalğa Arena”da keirilib. Ötən tur evdə "Neftçi”ni 3:1 hesabı ilə məğlub etməklə, uğursuz gedişata son qoyan "Qəbələ" əzmkar heç-heçəyə nail olub. Belə ki, 7-19-cu dəqiqələrdə dubl edən Şəhriyar Əliyev "Sumqayıt"ı hesabda önə keçirib. Amma "Qəbələ" bərabərliyi təmin edə bilib. 41-ci dəqiqədə Stiven Monroz, 56-cı dəqiqədə Atakora Lalavele fərqlənib.

Bu komandaların ilk dövrədəki qarşılaşmasında da heç-heçə qeydə alınıb - 1:1. "Sumqayıt” əvvəlki 25 çempionat oyununun 16-da "Qəbələ”yə uduzduğu halda, 2 dəfə qələbəyə sevinib. Sumqayıtlılar son 5 görüşdə qələbə qazanmayıb. "Qırmızı-qaralar” əvvəlki matçların hamısında rəqib qapısına yol tapıb. "Sumqayıt” 11 xalla 5-ci, "Qəbələ” isə 9 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, tura sabah "Səbail" - "Keşlə" və "Neftçi" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.

Premyer Liqa
2018/19 mövsümü
II dövrə, IX tur

27 oktyabr
Sabah - Zirə 2:1
Qollar: Məqsəd İsayev, 45+1. Cavid İmamverdiyev, 90+2 - Tellur Mütəllimov, 73.
Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 7. Vitali Kvaşuk, 10. Cavid İmamverdiyev (k), 13. Filip İvanoviç, 15. Erik Ramos, 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 22. Miloş Bosançiç, 25. Vanderson Silva, 33. Eltun Turabov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 2. Ülvi İbazadə, 3. Elvin Bədəlov, 4. Tərzin Cahangirov, 6. Vadim Abdullayev, 11. Elgün Nəbiyev, 14. Tural Qürbətov, 27. Bəxtiyar Soltanov, 88. Elçin Əsədov.
Baş məşqçi: Elşad Əhmədov.
Zirə: 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 5. Adil Nağıyev, 8. Kamal Mirzəyev, 7. Pərdis Fərcad-Azad, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Budaq Nəsirov, 11. Dilan Duventru, 13. Murad Musayev, 16. İbrahim Aslanlı, 17. Vüsal İsgəndərli, 26. Miloş Rodivoyeviç, 27. Adrian Skarlatake, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov.
Baş məşqçi: Samir Abasov.
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Cəmil Quliyev, Rəhim Həsənov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məlik Həsənov.
"Əlincə Arena”.

Sumqayıt - Qəbələ 2:2
Qollar: Şəhriyar Əliyev, 7; 19 - Stiven Monroz, 41. Atakora Lalavele, 56.
Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 88.
Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev. 
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 8. Orxan Əliyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Nazim Süleymanov.
Qəbələ: 30. Aqil Məmmədov, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 21. Atakora Lalavele, 28. Stiven Monroz, 34. Urfan Abbasov. 
Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 35. Murad Popov, 7. Roman Hüseynov, 11. Asif Məmmədov, 18. İlqar Qurbanov, 26. Faiq Hacıyev, 27. Bəhlul Mustafazadə, 32. Amin Seydiyev, 79. Əli Sadıxov, 88. Sabien Lilay, 99. Abbas Ağazadə.
Baş məşqçi: Sənan Qurbanov.
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cavanşir Yusifov, Ramil Əhmədov.
Hakim-inspektor: Murad Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
"Dalğa Arena”.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

8

6

1

1

16:6

19

2

Qarabağ

7

5

1

1

13:7

16

3

Sabah

9

5

1

3

8:9

16

4

Səbail

8

4

1

3

10:10

13

5

Sumqayıt

9

3

2

4

10:11

11

6

Qəbələ

9

2

3

4

12:13

9

7

Keşlə

7

1

2

4

6:10

5

8

Zirə

9

1

1

7

7:16

4

Bombardirlər

Marko Deviç (Sabah) - 5. Baqali Dabo (Neftçi), İnnosent Emeqara (Qarabağ) - 4.

Qeyd

İntizam Komitəsinin qərarına əsasən IV turda "Zirə"yə, VIII turda isə "Qarabağ"a 0-3 hesablı texniki məğlubiyyət verilib.


Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X