19:01 28.10.2018 1429

"Qarabağ" "Neftçi"yə uduzdu, "Səbail" qələbə qazandı

Bu gün Topaz Premyer Liqasında IX tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə "Bayıl Arena"da "Səbail" və "Keşlə" üz-üzə gəib. Hesabı 24-cü dəqiqədə penaltidən Yevgeni Koçuk açıb. 5 dəqiqə sonra Fəhmin Muradbəyli fərqi artırıb. İkinci yarının əvvəlində ilk qolun müəllifi Yevgeni Koçuk meydandan qovulub. 90+2-ci dəqiqədə isə Denis Silva "Keşlə"nin təsəlli qolunun müəllifi olub. Bununla da "Səbail" 2:1 hesablı qələbə qazanıb. Bu onların cari mövsümdə 5-ci qələbəsi olub. "Səbail" "Zirə" və "Qarabağ" üzərində texniki qələbələrdən başqa daha 3 oyunda sevinməyi bacarıb. Komanda "Qarabağ" və "Sabah"la 2-5-ci pillələri bölüşür. İlk qələbəsini ötən tur autsayder "Zirə" üzərində əldə edən "Keşlə" isə 7-ci pillədədi.

Bu komandalar 5-cı dəfə üz-üzə gəliblər. "Səbail"in 3, "Keşlə"nin 2 qələbə qazandığı duellərdən biri "sülh"lə bitib. Topların nisbəti də "Səbail"in xeyirinədi - 6:5. "Keşlə” son 4 görüşdə meydanı qolsuz tərk etməyib. 

Turun son matçında "Neftçi" və "Qarabağ" qarşılaşıb. Komandalar II dövrəyə məğlubiyyətlə başlamışdı. "Ağ-qaralar" səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzmuş, Ağdam təmsilçisi isə evdə "Səbail"i məğlub etsə də, meydana adı protokolda göstərilməyən oyunçunun çıxması səbəbindən texniki məğlubiyyətlə üzləşmişdi. Bu gün "Neftçi" bir turdan sonra qələbə qazanıbsa, "Qarabağ" ardıcıl ikinci yenilgini alıb. Hesab 10-cu dəqiqədə açılıb. Abbas Hüseynovun avtoqolu "Neftçi"ni sevindirib. 25-ci dəqiqədə Mirabdulla Abbasov meydan sahiblərinin ikinci qolun vurub. 85-ci dəqiqədə Mahir Mədətov fərqi alatsa da, 3 dəqiqə sonra Baqali Dabo "Neftçi"nin növbəti qolunu vurub - 3:1.

Bu komandalar arasında çempionatdakı 74-cü qarşılaşma olub. Bunların 20-də "Neftçi" qalib gəlibsə, 27 matçda "Qarabağ" qələbəyə sevinib. Daha 27 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində də Ağdam təmsilçisi üstündü - 78:68. "Qarabağ” 4 oyundu rəqibinə qalib gələ bilmir. 

Qeyd edək ki, ilk oyun günündə "Sabah" "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. "Sumqayıt" - "Qəbələ" matçında isə heç-heçə (2:2) qeydə alınıb.
 
Premyer Liqa
2018/19 mövsümü
I dövrə, IX tur

28 oktyabr
Səbail - Keşlə 2:1
Qollar: Yevgeni Koçuk, 24-pen. Fəhmin Muradbəyli, 29 - Denis Silva, 90+2.
Qırmızı vərəqə: Yevgeni Koçuk, 48.
Səbail: 1. Emil Balayev, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 16. İqor Korotetski, 27. Emil Martinov, 33. Tome Kitanovski, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 4. Enrike Perilyo, 5. Vüqar Bəybalayev, 17. Elçin Rəhimov, 18. Aqşin Qurbanlı, 22. Edqar Paçeko, 26. Kamal Qurbanov, 28. Kevin Kubemba, 88. Orxan Qurbanlı, 96. Murad Məmmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Keşlə: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 17. Samir Məsimov, 22. Nikola Mitroviç, 23. Conatan Ayite, 31. Georgios Georgiadis, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 80. Diallo Quydileye.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 2. Sərtan Taşqın, 9. Amil Yunanov, 10. Ruslan Nəsirli, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 18. Ruslan Əmircanov, 21. Herve Tçami, 71. Emin Quliyev, 90. Ebrima Sohna, 93. Edvinas Girdvainis.
Baş məşqçi: Mladen Milinkoviç.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
"Bayıl Arena”.

Neftçi - Qarabağ 3:1
Qollar: Abbas Hüseynov, 10 (avtoqol). Mirabdulla Abbasov, 25. Baqali Dabo, 88 - Mahir Mədətov, 85.
Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 10. Dario Federiko, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Slavko Braliç, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 4. Rəşad Eyyubov, 7. Namiq Ələsgərov, 11. Kvame Karikari, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Ricat Qarayev, 37. Vüsal Əsgərov, 70. Əli Şirinov, 77. Elvin Sərkərov.
Baş məşqçi: Roberto Bordin.
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 13. Vaqner Da Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Araz Abdullayev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Füzuli Nəcəfov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
"Bakcell Arena”.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

9

7

1

1

19:7

22

2

Qarabağ

8

5

1

2

14:10

16

3

Səbail

9

5

1

3

12:11

16

4

Sabah

9

5

1

3

8:9

16

5

Sumqayıt

9

3

2

4

10:11

11

6

Qəbələ

9

2

3

4

12:13

9

7

Keşlə

8

1

2

5

7:12

5

8

Zirə

9

1

1

7

7:16

4

Bombardirlər

Marko Deviç (Sabah), Baqali Dabo (Neftçi) - 5. İnnosent Emeqara (Qarabağ) - 4.

Qeyd

İntizam Komitəsinin qərarına əsasən IV turda "Zirə"yə, VIII turda isə "Qarabağ"a 0-3 hesablı texniki məğlubiyyət verilib.


Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

Facebookdan bizi izləməyi unutmayın.
X