"Qısa zaman kəsiyində iki səhv etdik və hər iki halda rəqib fərqləndi. İlk 45 dəqiqədə biz daha fəal idik, lakin fərqlənə bilmədik. İkinci hissədə rəqibin üstünə daha çox getdik. "Səbail” azlıqda qaldıqdan sonra əvvəlcə 2, sonra 3 hücumçuyla oynadıq. Təəssüf ki, cəmi 1 qolun əvəzini çıxdıq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının IX turunda "Səbail"lə səfərdə 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra deyib.
"Ucaboy futbolçunuz çox olsa da, cinah oyunçularınızın hava ötürmələri ünvanına çatmırdı. Bunun üzərində işləmirsiniz" sualına serb mütəxəssis belə cavab verib: "Elə məni də təəssüfləndirən budu. Cinah oyunçularımız Slavik Alxasov, Samir Məsimov hücuma qoşulub bu ötürmələrə cəhd edirdi. Rəqib qapıçını da qeyd edərdim. Təbii ki, daha uğurlu hava ötürmələri üzərində məşqlərdə işləyirik. Epizodların birində Vaqif Cavadov qapıçıyla üz-üzə qaldı. Fərqlənsəydi, başqa mıənzərə yaranardı".
Baş məşqçi klub prezidenti Zaur Axundovun oyundan çox qəzəbli görünməsinə də münasibət bildirib: "Klub rəhbəridi və təbii ki, məlubiyyətlər onu qane edə bilməz. Paltardəyişmə otağına mən bir qədər gec gəldim və orada baş verənləri eşitmədim".
Fanat.Az