"Gərgin oyun alındı. Bilirdik ki, "Keşlə” ötən turda qalib gəlmişdi və yaxşı əhval-ruhiyyiddə çıxmışdı meydana".
Fanat.Az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının IX turu çərçivəsində "Bayıl Arena”da "Keşlə” üzərində 2:1 hesablı qələbədən sonra "Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.
Gənc mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: "İlk 30 dəqiqəni aktivimizə yazardım. Ağabala Ramazanov zədələndikdən sonra planlarımız pozuldu. Yevgeni Koçuk qırmızı vərəqə aldıqdan sonra isə tam heyətlə müdafiəyə çəkildik. Əks-hücumlar zamanı 1-2 epizod qazandıq. Əsas 3 xal qazanmaq idi, bunu bacardıq. İstəyirik ki, "Qarabağ”la oyunda olduğu kimi texniki qələbəylə yox, öz alın tərimizlə qalib gələk. Xal fərqini qoruyaq istəyirik. Rəqiblər güclüdü. "Keşlə” fasilə zamanı 3 oyunçuyla güclənib və bilirdik ki, bizə çətin olacaq".
Baş məşqçi Yegeni Koçukun meydandan qovulmasına da münasibət bildirib: "Təkrara baxmaq lazımdı. Düşünürəm ki, Koçukun əli rəqibin sifətinə dəysə də, bunu qəsdən etməmişdi və ikinci sarı vərəqə olduqca sərt qərar idi".
Aftandil Hacıyev 3-cü əvəzləmə zamanı Edqar Paçekonu meydana buraxmaq istəsə də, son anda Vüqar Bəybalayevə oynamaq şansı verdi. Baş məşqçi bunun səbəbini belə izah edib: "Paçeko meydana daxil olsaydı, legioner limiti pozulacaqdı".
Fanat.Az