Latviya I liqasında XIV turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Vüqar Əsgərovun formasını geyindiyi "Dauqavpils” "Super Nova” ilə qarşılaşıb.
Çempionatın ilkin mərhələsini lider kimi başa vuran sözügedən klub indi elitaya çıxmaq üçün ilk "dördlük”də yer alan digər üç klubla final mərhələsində mübarizə aparır. "Dauqavpils” ikinci rəqibi olan "Super Nova” üzərində 4:0 hesablı qələbə qazanıb.
Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan azərbaycanlı futbolçu 88-ci dəqiqədə əvəzlənib. Həmin dəqiqədə baş hakim onu sarı vərəqə ilə də cəzalandırıb.
Komandasının bu oyunda vurduğu qollardan birinə də Vüqar imza atıb. O, 59-cu dəqiqələrdə rəqib qapısına yol tapıb. Bununla da Əsgərov cari mövsümdə vurduğu qolların sayını 31-ə çatdırıb.
"Dauqavpils” 24 turdan sonra 64 xalla birinci pillədə qərarlaşıb.
Fanat.Az