“Şahdağ” - “Araz Naxçıvan” matçının 87-ci dəqiqəsində Qusar təmsilçisinin futbolçusu Yusif Yusifzadənin matçın köməkçi hakiminə qarşı fiziki təsir göstərdiyinə görə İK-nın qəzəbinə gəldiyini diqqətinizə çatdırmışdıq. Fanat.az xəbər verir ki, 2 il müddətinə futbolla bağlı fəaliyyətinə qadağa qoyulan “11 nömrə” “Şahdağ”dan da uzaqlaşdırılıb.
Oyunçusunun davranışına görə 2000 manat cərimə olunan klub uzun müddət yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşən Yusifzadə ilə yolları ayırmağa qərar verib.
Fanat.az