Ukrayna millisinin sabiq üzvü Aleksandr Əliyev Kiyev "Dinamo"sunun baş məşqçisi olmaq istəyir.
Fanat.Az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə "Footboom"a müsahibəsində deyib.
"Lisenziya və məşqçi təcrübəm olduqdan sonra "Dinamo"ya rəhbərlik etmək haqqında danışa bilərik. Bu komandanın baş məşqçisi olmaq üçün digər klublarda çalışmaq və müəyyən nəticələr göstərmək lazımdı. "Dinamo"ya nə futbolçunu, nə də məşqçini belə götürmürlər. Həmişə bu klubun qarşısında böyük hədəflər var. Bu, məni sevindirir. Mən həmişə ən yaxşı olmaq istəyirəm. Bunun mümkünsüz və qeyri-real olduğunu anlayıram. Bəzi şeylərə real gözlə baxmalıyıq" deyə Əliyev bildirib.
Qeyd edək ki, Azərbaycan əsilli Aleksandr Əliyev 2002-2010 və 2011-2013-cü illlərdə "Dinamo"da çıxış edib. O, karyerası ərzində həmçinin Ukraynanın "Borifen", "Metallurq" (Zaparoje), "Dnepr", "Rux", Rusiyanın "Lokomotiv" (Moskva), "Anji" və Qazaxıstanın "Taraz" klublarında çıxış edib. Yarımmüdafiəçi son 2 ildə Ukraynanın həvəskar səviyyəli "Katanzaro" və "Meliorator" klublarında oynayıb.
Aleksandr Əliyev 2008-2012-ci illərdə çıxış etdiyi Ukrayna yığmasında 28 oyunda 6 qol vurub.
Fanat.Az