21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun komandası yığmamız Ukraynanın millisi ilə qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin üzvü Özancan Kökçü 37-ci dəqiqədə meydandan qovulub. Amma qarşılıqlı razılaşmaya əsasən, Kökçünün yeri boş qalmayıb. Rövlan Muradov meydana daxil olub.
Onu da qeyd edək ki, millimiz növbəti yoxlama oyununu noyabrın 19-da səfərdə Bosniya və Herseqovinaya qarşı keçirəcək.
Yoldaşlıq oyunu
15 noyabr
Azərbaycan - Ukrayna 0:1
Qol: Nikolo Musolitin, 80.
Qırmızı vərəqə: Özancan Kökçü, 37 (Azərbaycan)
Hakimlər: Rəvan Həmzəzadə, Müslüm Əliyev, Pərvin Talıbov, Kamal Umudlu
"Dalğa Arena”.
Fanat.Az