"Sabah bizi çox maraqlı oyun gözləyir. Hələ əvvəldən demişdim ki, bizi Priştinada final oyunu olacaq. Belə də alındı. Azərbaycanı favorit sayıram. Şanslar 50/50-di. Azərbaycan yaxşı komandadı. İlk oyunda yaxşı çıxış etdi. Amma o oyundan sonra artırmışıq. Sabah doğma azarkeşlər qarşısında bizi maraqlı qarşılaşma gözləyir".
Fanat.Az xəbər verir ki, bu sözləri Kosovo yığmasının baş məşqçisi Bernard Şalland Azərbaycanla keçirəcəkləri UEFA Millətlər Liqasının VI tur matçından əvvəl deyib.
Rəqib çalışdırıcı "Sabahkı matçda Azərbaycanda favorit kimi Kosovonu görürlər. Bəs siz nəyə əsasən əksini düşünürsünüz" sualına belə cavab verib: "FIFA reytinqinə əsasən. Bu, onu göstərir ki, Azərbaycan favoritdi. Üstəlik təcrübə baxımından da müqayisəyə gəlmərik. Eyni zamanda, sizin baş məşqçi Qurban Qurbanov da daim rəqiblərini favorit göstərir".
Bernard Şalland millimizlə oyundan sonra istefa verib-verməyəcəyi ilə bağlı danışıb: "Hər bir məşqçi kimi istənilən situasiyaya hazıram. İndi bu haqda düşünmürəm. İşimi yaxşı görmək istəyirəm. Hər bir şey tez bir zamanda dəyişə bilər. Ola bilər ki, bu matçdan sonra evimə göndərilim. Ancaq bu, mənim üçün faciə olmayacaq. Çünki xanımımı və övladlarımı çox sevirəm"
Fanat.Az