09:00 24.11.2018 2296

Qurban Qurbanov günahkardısa, bəs Elxan Məmmədov?

Milli komandamızın UEFA Millətlər Liqasının son turunda Kosovoya böyükhesablı məğlubiyyəti (0:4) geniş müzakirələrə səbəb olub. İndi hamı günahkar axtarışına çıxıb. Kimi futbolçuları, kimi baş məşqçini, kimi də AFFA rəhbərliyini ittiham edir. Hərənin öz arqumenti var və hər bir tərəf öz arqumentlərində haqlıdı.

Komandanın uğursuz çıxışına görə baş məşqçi məsuliyyət daşıyır. Bütün dünyada bu belədi və uğursuz çıxışlardan sonra baş məşqçi istefaya göndərilir. Amma Azərbaycan millisində vəziyyət fərqlidi.

Qurban Qurbanov milli komandaya böyük məqsədlər üçün gətirilib. Ən azı AFFA rəhbərliyi onunla müqavilə imzalayanda belə bəyanatlar verib və 6 illik anlaşmaya imza atılıb. İctimaiyyət üçün verilən açıqlamalardan görünən odu ki, Qurbanov və komandasının qarşısındakı əsas hədəf sadəcə Millətlər Liqasında uğur qazanmaq olmayıb. Bütün yığma komandaların onun nəzarətinə verilməsindəki məqsəd işi sistemili şəkildə quraraq inkişafa nail olmaq idi. Bir il isə buna nail olmaq üçün yetərli zaman deyil. 

Bu gün Azərbaycan futbolu 8 komandalı çempionatın ümidinə qalıb. Həvəskar səviyyəli və qeyri-leqal oyunların baş alıb getdiyi I diviziondan, Elxan Məmmədovun hansısa məqsədlər üçün yaratdığı məhəllə səviyyəsində belə olmayan Region Liqasından isə danışmağa belə dəyməz. 

Premyer Liqada çıxış edən 8 komandadan 5-i AFFA-nın hesabına yaşayır, Nobel prospektindəki boz binadan idarə olunur, Elxan Məmmədov və əlaltıları üçün qazanc mənbəyinə çevirilib. Xaricdə oynayan normal bir futbolçumuz yoxdu. Ortabab əcnəbi klublarda oynayan futbolçularımız isə öz komandalarında heyətə düşməkdə belə çətinlik çəkir. Belə olan halda Qurban Qurbanov kimin, nəyin hesabına bir ildə uğura nail olacaqdı?

0:4 hesabı ilə uduzduğumuz Kosovonın heyətinə baxın. Futbolçuları "Mançester Siti", "Latsio", "Genk" və s. Avropa klublarında çıxış edir. Bəs bizimkilər? "Mançester Siti", "Latsio" demirik, "Genk"in heyətində belə bir dəqiqə oynayan futbolçumuz yoxdusa, kimi günahlandırmalıyıq? 

Futbolun inkişafına dair dövlət proqramının həyata keçirilməsindən az qala 15 il vaxt keçib. Hanı nəticəsi? İndiyə qədər bir normal futbolçu yetişdirilibmi? Elxan Məmmədovun yarım milyondan artıq pul verib milli komandaya gətirdiyi Eddi İsrafilov hardadı indi? İspaniyanın nə bilim neçənci liqsında, özü də ehtiyat oyunçular skamyasında. Bunların hesabını kim verməlidi? Əslində hesab verməli olan adam(lar) bəllidi, amma hesab tələb edən yoxdu...

Berlində futbol məktəbinə, ölkədə top çiləmək kimi gic-gic layihələrə milyonlar xərcləyən Elxan Məmmədov və himayəçiləri bu əməllərinə görə cavab verməli olduqları halda, Qurban Qurbanovun günahkar elan olunması kimlərin marağına xidmət edir? Bir mərkəzdən başladılan bu kampaniyanın məqsədi əslində bəllidi. Yığmanı bazara çevirənlər tezliklə ondan canını qurtarıb yenə Avropanın hansısa üçüncü sort mütəxəssisini boğazımıza keçirməyin, bununla da ciblərini doldurmağın planlarını qururlar. Çox təəssüf ki, bir çoxlarımız da bilərəkdən və ya bilməyərəkdən onların əməllərinə alət oluruq.

Qurban Qurbanov getsə, nə dəyişəcək ki? Pep Qvardiolanı gətirəcəklər, ya Zinəddin Zidanı? Onlar gəlib kimi oynadacaq? Yenə Kamranı, Paveli, Dmitrini, Rüfəti və s. Və bir-iki il sonra onları da söyüb, qovmağa çalışacağıq. Ölkə futbolu bütünlüklə bir nəfərin əlinə və cibinə məhkum edildikcə, normal çempionat olmadıqca, Avropada oynayacaq gücdə futbolçularımız yetişmədikcə, dəyişən heç nə olmayacaq. Bunun da günahkarı nə Qurban, nə də Rəşad, nə də digərləridi. Dövlətin futbola ayırdığı milyonları şəxsi biznesi kimi idarə edən Elxan Məmmədov və onun himayəçiləri, klublardakı əlaltılarıdı. Onlardan xilas olmadıqca, nəticə də olmayacaq. İstər Qurbanov olsun, istər Qvardiola, köhnə hamam olacaq, köhnə tas...

Yeri gəlmişkən, Kosovo matçında Azərbaycan futboluna heç də yas olmayan "toratikmə əməliyyatı"nın olduğu iddia edilər. İddialara görə, Elxan Məmmədovun kadrları hesab edilən Pavel Paşayev, Dmitri Nazarov və Rüfət Dadaşov bu "oyun"da əsas iştirakçı olub. Əgər bu həqiqətən də baş veribsə, deyiləcək başqa bir şey qalmır. Bu adamlardan hər şey gözləmək olar.

Üstəlik Kamran Ağayev də zədəli olmadığı halda bu qədər məsul oyuna getməkdən imtina edib. Onun zədəli olmadığını Qurban Qurbanov da bilirmiş, yəqin cənab baş katib də. Artıq millinin həkimi Vyaçeslav Xomenko da faktı təsdiq edib. Özü isə oyun günü canlı efirə çıxıb oynaya bilmədiyi üçün göz yaşı tökürdü. Belələrinə deyiləcək çox söz var, amma nə isə...

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

Facebookdan bizi izləməyi unutmayın.
X