Türkiyə 1-ci liqasında XIII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi "Gənclərbirliyi” səfərdə "İstanbulspor”la qarşılaşıb.
Futbolçumuzun komandası meydandan məğlubiyyətlə ayrılıb - 0:2. Dəniz də bu görüşün iştirakçısı olub. O, 76-cı dəqiqədə meydana buraxılıb.
Məğlubiyyətə baxmayaraq, "Gənclərbirliyi” hazırda 31 xalla 18 kollektiv arasında 1-cidi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol