I divizionunun lider klubu “Araz” qış fasiləsi zamanı transfer edəcəyi ilk futbolçunu müəyyənləşdirib. Fanat.az xəbər verir ki, bu, vaxtilə “Qarabağ” və “Xəzər Lənkəran”da oynamış, son bir neçə aydı zədədən əziyyət çəkən Rəşad Kərimovdu.
“Sumqayıt”dan ayrıldıqdan sonra əməliyyat olunan futbolçu hazırda özünü yaxşı hiss edir. Fərdi məşqlərlə kifayətlənən yarımmüdafiəçi toplanış başlanan kimi “Araz”ın düşərgəsinə yollanacaq. Xəbəri futbolçunun özü də təsdiqləyib.
futbol11.az