"Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun adı ətrafındakı qeyri-müəyyənlik bitmək bilmir.
Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis avqustda Qazaxıstan paytaxtını tərk edib. Həmin vaxt bu gediş Qriqorçukun ailəvi problemləri ilə izah olunmuşdu. Bildirilirdi ki, həmin problemlər həll olunan kimi mütəxəssis öz işinə dönəcək.
Təsadüfi deyil ki, hazırda "Astana”nı meydana çıxaran Qriqori Babayan baş məşqçi kimi təsdiqlənməyib və onun adı əvəzləyici kimi qeyd olunur.
Klubun mətbuat xidmətindən Qazaxıstan mətbuatına verilən açıqlamada bildirilib ki, Babayan "Astana”nı "Renn”lə oyuna da çıxaracaq. Yalnız bundan sonra Roman İosifoviç Qriqorçukun gələcək taleyi ilə bağlı qərar veriləcək.
Fanat.Az