"Mən Qurban Qurbanovun gedişini bilmirdim. Mənimlə yolların ayrılacağını iki gün öncə demişdilər. Ancaq Qurban Qurbanovun gedişini iclasdan sonra bildik".
Fanat.Az xəbər verir ki, bu sözləri U-20 və U-21 millilərimizin sabiq baş məşqçisi Rəşad Sadıqov deyib.
"Qarabağ"ın və millinin kapitanı istefaya göndərilmələri ilə bağlı danışıb: "Bu barədə hazırda çox danışmaq istəmirəm. Çox iş gördüyümüzü düşünürəm. Əziyyət çəkdik, Azərbaycan futbolunun halal xoşu olsun. Təki, gördüyümüz işlərdən növbəti seçmə mərhələdə yararlansınlar. Özünüz də görürdünüz ki, hər oyunda 5-6 cavan futbolçuya şans verirdik. Komanda formalaşmışdı. Əslində, bir ay qabaq mənimlə növbəti tsikl üçün görüş keçirilmişdi. Orada gələcək planlardan danışdıq. Qarşıma 2-3-cü yerləri tutmaq hədəfi qoyuldu. Özüm də bildirdim ki, mən də qarşıma böyük hədəflər qoymuşam və çalışacam ki, istəyimizə çataq. Ancaq indi qərar budu, mən də buna hörmətlə yanaşıram".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol