"Arsenal"ın futbolçusu Məsut Özil sağalıb.
Fanat.Az Britaniya mediasına istinadən xəbər verir ki, türk əsilli yarımmüdafiəçi komanda ilə birgə məşqlərə başlayıb. Sonuncu dəfə noyabrın 11-də "Vulverhempton"la oyunda meydana çıxan Özilin "Qarabağ"a qarşı oynayıb-oynamayacağı baş məşqçi Unay Emerinin qərarından aslı olacaq.
Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-də Londondakı "Emireyts" stadionunda keçiriləcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol