"Əgər Foqts çempionatımızın bütün turlarını izləsə, mən də onunla müqavilənin yenilənməsinin tərəfdarıyam". Fanat.az xəbər verir ki, bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib.
PFL rəhbəri yığmada nizam-intizamın olduğunu bildirib: "Son tsikldə çox ciddi uğur qazana bilməsək də, hər halda əvvəlki tsikllərlə müqayisədə yaxşı çıxış etdik. Komandada nizam-intizam da yüksək səviyyədədi".
Fanat.az