Azərbaycan milli komandası Braziliya ilə yoldaşlıq oyunu keçirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Bildirilir ki, yoldaşlıq oyunu keçirmək üçün rəqib axtaran "sambaçılar" üçün 9 namizəd var: Almaniya, Uels, Serbiya, Çexiya, Estoniya, Kosovo, Litva, Cəbəllütariq və Azərbaycan.
Amerika Kubokuna hazırlaşacaq Braziliya millisi mart ayında Avropa komandalarından biri ilə qarşılaşmaq istəyir.
Fanat.Az