Almaniya III Bundesliqasında XX turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen” doğma meydanda "Fortuna Köln"lə qarşılaşıb. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Zədədən əziyyət çəkən və sonuncu dəfə noyabrın 26-da meydana çıxan Rüfət sağalaraq meydana dönüb. Start heyətdə yer alan futbolçumuz sonadək meydanda oluub.
Qeyd edək ki, "Proyssen” 20 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol