Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Bakı klublarının adını dəyişməsini və bu yolla azarkeş toplamasını təklif edib. Musayevin adını dəyişməyi məsləhət gördüyü klublardan biri də "İnter"di. PFL rəhbəri bank klubunun "İnter-Keşlə" adlanmasını istəyir.
Lakin "İnter" rəhbərliyi bu təklifi qəbul etmir. Fanat.az xəbər verir ki, klubun prezidenti Georgi Nikolov klubun adını dəyişməyəcəklərini bildirib: "Mən bununla qətiyyən razı deyiləm. Ad dəyişikliyi heç bir fayda vermir. Bu üzdən də "İnter" öz adını dəyişməyəcək".
Fanat.az