"Pavel Paşayev mövsümlərarası fasilədə istirahət etmədiyi üçün futboldan "doyub".
Fanat.Az xəbər verir ki, bu sözləri Ukraynanın "Aleksandriya" klubunun baş məşqçisi Vladimir Şaran deyib.
Millimizin üvü barədə danışan 47 yaşlı mütəxəssis müdafiəçinin yorğun olduğunu bildirib: "O, formasını geyindiyi Azərbaycan millisində də xeyli güc sərf edib. Belə bir şeyin baş verə biləcəyini düşündüyümüz üçün Stanislav Mikitseyi hazırlayırdıq. Dopinqə görə diskvalifikasiya olunan futbolçunun cəza müddəti artıq bitib".
Qeyd edək ki, Paşayev bu mövsüm "Aleksandriya"nın heyətində 12 rəsmi oyuna çıxıb.
Fanat.az