Topaz Premyer Liqasının XIII turunun "Xəzər Lənkəran" - "Qəbələ" matçı baş tutmamaq ehtimalı ilə bağlı xəbər vermişdik. Buna səbəb ötən gündən cənub bölgəsində yağan yağış olmuşdu. Matçın keçiriləcəyi stadionun qazonu bərbad hala düşdüyündən oyunun təxirə salınmaq ehtimalı yaranmışdı.
Amma bu baş verməyib. Fanat.az xəbər verir ki, AFFA və PFL-in Lənkərana ezam olunan nümayəndələri qarşılaşmanın keçirilməsinə qərar verib. Artıq matç start götürüb.
Fanat.az