"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Con Toşak "Arsenal"da oynayan həmyerlisi Aaron Remziyə məshələt verib.
Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport"a danışan 69 yaşlı mütəxəssis "Yuventus"un transfer siyahısında olan uelsli futbolçunun böyük istedada sahib olduğunu, amma hələ ona ulduz deyə bilməyəcəyini qeyd edib.
"Aaronun müdafiənin önündə və ya hücumun arxasında yaxşı oynaya biləcəyinə əmin deyiləm. Üçlü yarımmüdafiədə yaxşı işlər görə bilər. "Yuventus"un bu futbolçudan nə gözlədiyini açıqlması lazımdı" deyə Toşak bildirib.
Remzinin italyan dilini öyrənməsinin vacibliyini vurğulayan mütəxəssis "Qaret Beylin "Real"a gedərkən etdiyi səhvi təkrarlamamalıdı. Bu səbəbdən onun üçün ən yaxşı seçim "Yuventus"a indi deyil, nə vaxt getək ola bilər" deyib.
Qeyd edək ki, Toşak 2013-cü ildə "Xəzər Lənkəran"ı çalışdırıb.
Fanat.Az