PSJ Fransa Kubokunun 1/32 final mərhələsində qazandığı mükafatdan imtina edib.
Fanat.Az xəbər verir ki, bu mərhələdə "Pontivi" klubunu 4:0 hesabı ilə məğlub edən Paris təmsilçisi 120 min avronu rəqibə bağışlayıb. Bu barədə PSJ-nin prezidenti Nasser Əl-Xelaifi qərar qəbul edib.
Qeyd edək ki, "Pontivi" klubu 1935-ci ildə yaradılıb və ölkənin beşinci divizionunda çıxış edir. Komandanın J oyunçularının ümumi dəyəri 400 min avrodu.
Fanat.Az