PSJ-nin gənc futbolçusu Timoti Vea icarəyə verilib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı hücumçu "Seltik"də çıxış edəcək. ABŞ millisinin üzvü Şotlandiya klubu ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, Timoti 1995-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilən, hazırda Liberiyanın prezidenti olan Corc Veanın oğludu. O, atasından fərqli olaraq, Liberiya deyil, ABŞ millisində çıxış edir.
Fanat.Az