Azərbaycan millisinin sabiq üzvü Tuğrul Erat karyerasını Türkiyədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi II liqada çıxış edən "Karagümrük"lə anlaşıb. Bu barədə klubun vitse-prezidenti Cengiz Günaydın məlumat verib.
Qeyd edək ki, Turul Erat Azərbaycanın əsas millisində 3, U-21 yığmasında 6 oyun (3 qol) keçirib. O, karyerası ərzində Almaniyanın "Fortuna" (Düsseldorf), "Duysburq" və "Ştrelen" klublarında forma geyinib.
Fanat.Az