Portuqaliya Sequndasında XVI tura yekun vurulub.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası "Eştoril" autsayderlər zonasında qərarlaşan "Aruka"nı qəbul edib.
İlk qolu qonaqlar vursa da, "Eştoril" 73-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib - 1:1. Start heyətində meydana daxil olan və 67 dəqiqə mübarizə aparan Renat 26-cı dəqiqədə sarı vərəqə alıb.
Bu heç-heçə 3-cü pillədəki "Eştoril"in liderdən 7 xal geri qalmasına səbəb olub.
Fanat.Az