Türkiyə I Liqa təmsilçisi "Dənizlispor" "Qəbələ"nin futbolçusu Lalavele Atakoranın izinə düşüb.
Fanat.Az "denizlisporhaber.com"a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Türkiyəyə dönməyin əleyhinə deyil. Dənizli təmsilçisinin rəsmləri toqolu yarımmüdafiəçnin keçidi üçün danışıqlara başlayıb.
Atakora ötən yay "Qəbələ" ilə 1+1 illik müqavilə imzalayıb.
Toqo millisinin üzvü Türkiyədə "Balıkesirspor" və "Adana Dəmirspor"un uğurları üçün tər töküb.
Fanat.Az