Çempionatın qalan bölümünə hazırlığın ilk mərhələsini ölkədə keçirən "Sumqayıt" sınaq matçında gücünü sınayacaq.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "kimyaçılar" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünü sabah keçirəcək.
Ayxan Abbasov yetirmələrini I divizion təmsilçisi "Şüvəlan"la oyunda sınayacaq. "Dalğa Arena"nın köməkçi meydançasında baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.
Qeyd edək ki, "Sumqayıt" təlim-məşq toplanışının ikinci mərhələsi üçün yanvarın 13-də Türkiyəyə uçacaq.
Fanat.Az