"Sumqayıt" yanvarın 4-dən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib.
Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ayxan Abbasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 11-dək ölkə daxilində keçəcək.
Komanda hazırlığın ikinci mərhələsini yanvarın 13-dən 27-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Belek bölgəsində keçəcək "gənclik şəhəri" təmsilçisi "IC Santai" hotelində məskunlaşacaq.
"Sumqayıt" qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 15-də Qazaxıstanın "Jetısu", 19-də Bosniya və Herseqovinanın "Çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubları ilə qarşılaşacaq.
Fanat.Az