Hüseyn Seylığlı və Ege Atlam Türkiyənin "Beşiktaş”ın əsaskomandasında ardıcıl iki oyun keçiriblər.
Fanat.Az xəbər verir ki, hər iki futbolçu "Beşiktaş”ın Antalyada Hollandiyanın I divizion klubu "Helmond Sport” və Türkiyənin "Afyonspor" klubları ilə yoxlama matçlarında meydanda olublar.
Seylığlı hər iki oyunda start heyətdə yer alıb və fasilədə əvəzlənib.Atlam isə hər iki görüşün ikinci yarısında forma şansı qazanıb.
"Beşiktaş" "Helmond Sport"a 1:0, "Afyonspor"a isə 5:1 hesabıyla qalib gəlib.
Qeyd edək ki, hər iki futbolçu üç il əvvəl Bakıda keçirilmiş 17 yaşadək millilərin Avropa çempionatında yığmamızın tərkibində olub. Hüseyn Seylığlı ötən ilin payızına qədər U-21 millimizdə çıxış edibsə, Ege Atlam sonuncu dəfə 19 yaşadək millimizə iki il əvvəl çağırılıb.
Fanat.Az