"Real" daha bir futbolçusunu itirib.
Fanat.Az xəbər verir ki, La Liqanın XIX turu çərçivəsində ötən axşam "Betis"in qonağı olan "Kral Klunu" Kərim Benzemanı itirib. Fransalı futblçu qarşılaşmanın ilk hissəsində zədələnərək meydanı tərk edib.
Klub saytının məlumatına görə, Benzemanın əl barmağı qırılıb. Onun hansı müddətə sağalacağı hələlik bəlli deyil.
Qeyd edək ki, Benzzemadan başqa "Real"da daha 6 futbolçu Tibo Kurtua, Marko Asensio, Qaret Beyl, Toni Kross, Xavyer Sançes və Mariano Dias zədəlidi.
Fanat.Az