İslandiya yığma komandasının baş məşqçisi Erik Hamren klublarında ehtiyatda qalan milli üzvlərinə görə narahat olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, 61 yaşlı çalışdırıcı "Qarabağ"da çıxış edən millinin qapıçısı Hannes Haldorssonla Fransa "Dijon"unda oynayan Aleks Runnarssonun durumundan narazı olduğunu dilə gətirib:
"İndiki məqamdan razı deyiləm, çünki Halldorsson bir müddətdi oynamır. Aleks də son oyunlarda ehtiyatda qalır. Ümid edirəm ki, onlarla bağlı vəziyyət dəyişəcək. Çünki hər ikisi milli komanda üçün vacib oyunçulardı və daim meydanda olmalıdılar. Yeni ilə qədər ehtiyatda bir az çox oturdular. İnanıram ki, oynamağa başlayacaqlar. Yığmanın baş məşqçisi bununla bağlı heç nə edə bilməz. Mövcud vəziyyətdə ən doğrusu düzgün seçimdi. Ümidvaram ki, bütün futbolçularımız daha çox oyun təcrübəsi qazanacaqlar”.
Qeyd edək ki, yayda Danimarkanın "Randers” klubundan "Qarabağ"a keçən Haldorssona Qurban Qurbanov 8 rəsmi oyunda şans verib. Qolkiper bu görüşlərdə 12 qol buraxıb. Ondan başqa "Qraabağ"ın heyətində daha iki qapıçı var: Vaqner da Silva və Şahruddin Məhəmmədəliyev.
Fanat.Az