Milan "İnter"inin baş məşqçisi Lusiano Spalletti Avropanın aparıcı klublarının maraş dairəsində olan Milan Skriniarla bağlı danışıb.
Fanat.Az xəbər verir ki, 23 yaşlı slovak mərkəzi müdafiəçisini satmaq niyyətində olmadıqlarını bildirən mütəxəssis "Onu almağa heç bir klubun pulu çatmaz" deyib.
Qeyd edək ki, Milan Skriniar 2017-ci ildə "Sampdoriya"dan "İnter"ə 34 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" 23 yaşlı futbolçuya 60 milyon avro qiymət qoyub. Müdafiəçi cari mövsümdə 24 rəsmi qarşılaşmada meydana çıxıb.
Fanat.Az