Uesli Sneyder karyerasını bitirmək niyyətində deyil.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçu Hollandiya mətbuatına açıqlamasında bildirib.
Yayda Qətərin "Əl-Qarafa" klubu ilə müqaviləsi başa çatacaq Sneyder hələ bir müddət futbol oynamaq niyyətindədi.
Qeyd edək ki, 34 yaşlı Sneyder karyerası ərzində "Əl-Qarafa"dan başqa "Ayaks", "Real", "İnter", "Qalatasaray" və "Nitsa"da çıxış edib, Hollandiya millisində keçirdiyi 134 oyunda 31 qola imza atıb.
Fanat.Az