"Mançester Yunayted" böyük gələcək vəd edən yeniyetməni transfer etmək üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, İngiltərə klubu Norveçin "Tromso" klubunun 14 yaşlı yetirməsi İsak Hansen-Aaroeni heyətinə qatmaq istəyir.
Klub rəhbərliyi "Tromso"nun futbol direktoru Sven-Morten Yohansen və baş katibi Kristian Hoydalı danışıqlar aparmaq üçün Mançesterə dəvət edib. İngilislər 14 yaşlı futbolçu ilə ön protokol imzalamaq və 16 yaşına çatdıqdan sonra akademiyaya cəlb etmək niyyətindədi.
İsak Hansen-Aaroeni İngiltərənin "Everton" və "Liverpul" klubları da istəyir.
Qeyd edək ki, İsak Hansen-Aaroen "Mançester Yunayted" skautlarının diqqətini 2017-ci ilin yayında Danimarkada keçirilən "Audi Cup"da cəlb edib.
Fanat.Az