Polşanın "Lexiya" (Qdansk) klubunun "Qarabağ"ın futbolçusu Simeon Slavçevə borcu var.
Fanat.Az xəbər verir ki, bu barədə bolqar yarımmüdafiəçi özü məlumat verib. 26 yaşlı futblçu bildirib ki, "Lexiya" ona 4 aylıq maaşını verməyib.
Qeyd edək ki, Slavçev 2017-2018 mövsümünü icarə əsasında Polşa klubunda keçirib. Oyunçu 2018-ci ilin yayında Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Fanat.Az