"Barselona" "Sassuolo"nun hücumçusu Kevin-Prins Boatenqı heyətinə qatıb.
Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, artıq klublar keçidi razılaşdırıb. Anlaşmaya əsasən Qana millisinin üzvü mövsümün sonuna qədər icarə əsasında "Barselona"da çıxış edəcək.
Kataloniya klubunun mövsümün sonunda 8 milyon avro ödəməklə 32 yaşlı hücumçununun transfer hüqununu almaq şansı olacaq. Boatenq artıq İtaliyadakı komanda yoldaşları ilə vidalaşıb.
Qeyd edək ki, Boatenq karyerası ərzində Almaniyanın "Herta", "Tottenhem", "Borussiya" (Dortmund), "Portsmut", "Milan", "Şalke 04", "Las Palmas" və "Ayntraxt" (Almaniya) klublarınd çıxış edib. Almaniyanın U-19, U-20 və U-21 yığmalarında çıxış edən futbolçu 2010-cu ildə Qananın əsas millisinə üz tutub və 4 iil ərzində 15 oyuna çıxaraq 2 qol vurub.
Fanat.Az