Hollandiyanın Arnhem şəhərində yaşayan "Trabzonspor" azarkeşləri - Ümit və Məryəm Sənyer cütlüyü əkiz övladlarına maraqlı adlar veriblər.
Fanat.Az xəbər verir ki, onlar uşaqları "Trabzonspor"un rənglərinə uyğun - Bordo" (tünd qırmızı) və "Mavi" adlandırıblar.
AA müxbirinə açıqlama verən Ümit Sənyer özünün və həyat yoldaşının Hollandiyada doğulduqlarını, əslən Trabzondan olduqlarını bilirib. Onlar əvvəlc uşaqlara "Trabzonspor"un futbolçularının adlarını vermək istəyiblər: "Futbolçular komandaya gəlib-gedir. Amma "Trabzonspor"un rəngləri əbədidir. Buna görə də əkizlərə Bordo və Mavi adı qoydum. Doğuşdan sonra onsuz da həyat yoldaşımın dünyadan xəbəri yox idi. Bu vaxt mən bələdiyyədə uşaqların adlarını yazdırdım. Özünə gələndə artıq iş işdən keçmişdi".
Ətrafdakıların bu addıma reaksiyasından danışan ata Şənyer Trabzonda bir restoran sahibinin uşaqların adını öyrəndikdən sonra onlardan hesab almadığını bildirib.
Fanat.Az