"Beşiktaş"dan ayrılan Vaqner Lavın yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, vətəni Braziliyaya dönən hücumçu "Korintians"a keçib. 34 yaşlı futbolçu ilə 2020-ci ilin yayınadək müqavilə imzalayan San-Paulu təmsilçisi transfer haqqı ödəməyib.
Qeyd edək ki, Lav 2015-ci ildə də "Korintians"da çıxış edib və 2016-cı ildə 1.5 milyon avroya "Monako"ya keçib. Onun Rusiya ÇSKA-sının heyətində debütü 2004-сü il avqustun 4-də Moskvada "Neftçi" ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə təsadüf edib. Həmin oyunun 46-cı dəqiqəsində meydana çıxmış "sambaçı" 72-ci dəqiqədə fərqlənərək komandasının 2:0 hesablı qələbəsində pay sahibi olub.
Fanat.Az