"Everton"da işləri yaxşı getməyən Cenk Tosun klubunu dəyişir.
Fanat.Az İngiltərə mediasına xəbər verir ki, Türkiyə millisinin üzvü digər Premyer Liqa klubu "Kristal Palas"a keçir. Məlumata görə, Cenk Tosun yeni klubu ilə müqavilənin şərtlərini böyük ölçüdə razılaşdırıb.
Bildirilir ki, "Kristal Palas" türk futbolçunu yayda transfer hüququnu almaq şərti ilə icarəyəgötürəcək.
"Everton"un baş məşqçisi Marko Silva Cenk Tosunun komandadan getməsinə etiraz etmir: "Cenk istedadlı hücumçudu. Ona ehtiyacımız var, amma hər bir futbolçu daha çox oynamaq üçün komandasını dəyişmək istəyə bilər. Bunu anlayışla qarşılayıram".
Qeyd edək ki, ötən qışda "Beşiktaş"dan "Everton"a 22,5 milyon avroya transfer olunan Cenk Tosun cari mövsümdə 19 rəsmi oyuna çıxaraq 810 dəqiqə oynayıb. Bu müddətdə o, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fanat.Az